

Coğrafiya
Presentation
•
Geography
•
8th - 11th Grade
•
Hard
Amil Məmmədov
Used 8+ times
FREE Resource
11 Slides • 0 Questions
1
Coğrafiya
Coğrafiya elminin tədqiqat metodları

2
Coğrafiyanın tədqiqat metodları haqqında ümumi məlumat
Hər bir elm kimi coğrafiya elmidə öz tədqiqat obyektini öyrənərkən müxtəlif tədqiqat metodlarından (üsullarından) istifadə edir. Coğrafi tədqiqatların aparılması üçün ənənəvi və müasir üsullardan istifadə olunur. Bu metodlar təbii və sosial -iqtisadi proseslərin öyrənilməsi,təhlili, proqnozlaşdırılması məqsədilə tətbiq olunur.
3
Coğrafiya elminin tədqiqat metodları iki qrupa bölünür:
Ənənəvi
Müasir
4
Ənənəvi metodlar
Kartoqrafik metod– müxtəlif məzmunlu xəritələrin öyrənilməsi və təhlilinə əsaslanır əsaslanır
Tarixi metod– coğrafi obyekt və hadisədə müəyyən tarix ərzində baş verən dəyişikliklər öyrənilir və təhlil edilir. Bu proses aşağıdakı ardıcıllıqla yerinə yetirilir. Təbii obyektin mənşəyi və yaranması→inkişaf mərhələləri→müasir vəziyyəti
Müqayisə metodu– coğrafi obyekt və proseslərin oxşar və fərqli cəhətlərin təhlil edilməsi nəticəsində yeni elmi nəticəyə gəlməyə imkan verir.
5
Ənənəvi metodlar
Çöl tədqiqatları (ekspedisiya) metodu-Bu metod vasitəsilə bir başa ərazidə aparılan müşahidələr, həmçinin müxtəlif cihazların köməyi ilə toplanan məlumatlar əsasıında bir sıra qanunauyğunluqlar öyrənilir.
6
Kartoqrafik metod aşağıdakı təhlillərə əsaslanır
vizual
kartometrik
qrafik
7
Vizual təhlil
Müvafiq xəritələrdən ərazinin relyefi, çay şəbəkəsi, iqlim xüsusiyyətləri, bitki və heyvanlar aləminin müxtəlifliyi, əhalinin yerləşməsi, nəqliyyat magistralları və s. haqqında məlumatların əldə edilməsi və onlar arasında əlaqənin müəyyən olunmasıdır. Vizual təhlil zamanı xəritələrdən obyekt, hadisə və proseslərin keyfiyyət və bəzi kəmiyyət (hündürlük, dərinlik və s.) göstəricilərini oxumaq və bir sıra coğrafi qanunauyğunluqları aşkar etmək mümkündür
8
Kartometrik təhlil
Coğrafi koordinatların təyin olunması, hündürlük, uzunluq və sahələrin hesablanması, azimut və istiqamətlərin təyin edilməsi, miqyas və dərəcə toruna əsasən məsafələrin ölçülməsi və digər kəmiyyət göstəricilərinin təhlilidir. Kartometrik təhlil lokal və qlobal xarakterli olur. Məsələn, bir çayın uzunluğunun ölçülməsi lokal, ərazidə olan çayların birgə uzunluğunun hesablanması isə qlobal təhlildir
9
Qrafik təhlil
Xəritələrə əsasən qurulmuş qrafik təsvirlər vasitəsilə aparılan tədqiqatlardır; məsələn, ərazinin profili qrafik təhlil vasitəsilə qurulur.
10
Müasir tədqiqat metodları
Coğrafi modelləşdirmə-Coğrafi obyekt və proseslərin modellərinin hazırlnmasına və öyrənilməsinə əsaslanır. Modellər qrafik və təsviri formada , həmçinin sözlər və simvollar vasitəsilə qurula bilər.
Riyazi-sitatistik metod– Coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri və riyazi hesablamar vasitəsilə tədqiq edir. Bunun nəticəsində obyekt və hadisələrin planlaşdırılması və layihələndirilməsi aparılır.
11
Müasir tədqiqat metodları
Coğrafi proqnozlaşdırma– Təbii və antropogen təsirlər nəticəsində konkret ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyənləşdirmək mümkündür. Məsələn su anbarı tikilən zaman orada baş verə biləcək dəyişiklikləri əvvəlcədən müəyyən etmək olar.
Aeorokosmik metod– Aero və kosmik şəkillərdən alınan informasiyalar vasitəsilə xəritələr hazırlanır və coğrafi proseslər öyrənilir.
Geoinformasiya metodu– müasir informasiya texnologiyaları vasitəsilə coğrafi məlumatların toplanması, işlənməsi və rəqəmsal xəritələrin tərtib edilməsidir.
Coğrafiya
Coğrafiya elminin tədqiqat metodları

Show answer
Auto Play
Slide 1 / 11
SLIDE
Similar Resources on Wayground
10 questions
Yumşaq bacarıqlar (Test № 1) Bİ23.1
Presentation
•
University
10 questions
Sənayedə investisya və innovasiya fəaliyyəti (Mövzu 2-3)
Presentation
•
University
22 questions
Python OOPMagic (dunder) methods - Python OOP
Presentation
•
12th Grade
7 questions
Səblnə Qənbərova
Presentation
•
1st - 5th Grade
15 questions
Azıx mağarası.Qobustan
Presentation
•
3rd Grade
2 questions
Azərbaycan dili
Presentation
•
10th Grade
7 questions
Decoding
Presentation
•
University
10 questions
Yumşaq bacarıqlar (Tənqidi və kreativ düşüncə)
Presentation
•
University
Popular Resources on Wayground
10 questions
HCS SCI 03 Summer School Review 4
Quiz
•
3rd Grade
11 questions
HSMS - Standard Response Protocol
Quiz
•
6th - 8th Grade
16 questions
1.1-1.2 Quiz Review
Quiz
•
9th - 12th Grade
12 questions
Exponent Expressions
Quiz
•
6th Grade
20 questions
Adding and Subtracting Integers
Quiz
•
6th - 7th Grade
11 questions
Northeast States
Quiz
•
3rd - 4th Grade
10 questions
Characterization
Quiz
•
3rd - 7th Grade
10 questions
Common Denominators
Quiz
•
5th Grade